Fotoselli avtomatik sürüşmə qapıları

Giriş məkanında rahatlıq əldə etmək üçün boş yerin düzgün planlaşdırılması çox vacibdir. Son vaxtlarda böyük populyarlığa malik olan avtomatik sürüşmə qapıları bunun həllidir. Kiçik bir sahədə qapı ilə təmasda olmadan fotoselli qapılar asan giriş-çıxış üçün yüksək rahatlıq və etibarlılıq təmin edir.

Bu qapıların üstün cəhətlərı :

1.Səssiz açılıb bağlanması
2.Qısa müddətdə axının yüksək ötürücülük qabiliyyəti
3.Qapının ətrafında əlavə yerə ehtiyac yoxdur
4.Müxtəlif əməliyyat rejimi qurma imkanı
5.Müxtəlif dizayn variantları
6.Konstruksiyanın ölçüsündə heç bir məhdudiyyət yoxdur
7.Giriş nəzarəti həyata keçirilməsi imkanı. Bu halda, qapını barmaq izi, kod və ya kartla aça bilərsiniz
8.İşıq ötürücülük qabiliyyəti
9.İstilik və səs izolyasiya xüsusiyyətləri

İkiqanadlı fotoselli sürüşmə qapılar

Maksimum keçid əldə etmək üçün, avtomatik sürüşmə qapılar müxtəlif tiplərə bölünür, bunlar dizayn, qanadların sayı və açılış variantlarına görə fərqlənir.

İki qanadlı avtomatik sürüşmə qapıları ən çox tələb olan qapılar siyahısındadir. İnsanın girişə yaxınlaşdığı zamanda qapının iki qapaqları eyni vaxt da əks istiqamətlərdə hərəkət edir. Bu qapılardakı keçidin eni 1100 mm-dən 3000 mm-ə qədər ola bilər. Eyni zamanda, konstruksiyanın eni müvafiq olaraq 2200 mm-dən 6000 mm-ə qədər olmalıdır.